Bu gündən etibarən Gəncə İdman Sarayında III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb.
Apasport.az xəbər verir ki, oyunları işıqlandırmaq üçün 8 ölkədən 432 yerli və xarici media nümayəndələri qeydiyyatdan keçib.
Mərkəzdə 120 media nümayəndəsinin bir vaxtda işləməsi üçün lazımi şərait yaradılmışdır.
Əsas Media Mərkəzinin yerləşdiyi idman məkanında həmçinin, 4 idman növünü – üzgüçülük, boks, qılıncoynatma, voleybol yarışlarını canlı izləmək, qarışıq zonalarda açıqlama, müsahibələr götürmək və bunun nəticəsində operativ reportaj və məqalələr hazırlamaq imkanı yaradılmışdır.
Bundan başqa, yarışların keçiriləcəyi 12 idman arenasının hər birində media toplanış məntəqələri, mətbuat otaqları və qarışıq zonalar mövcuddur.
Qeyd edək ki, Media mərkəzi hər gün 09:00-dan 21:00-dək açıq olacaq.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçirilir: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib