“İmişli”dən ciddi səhv: 3 xala başa gələcək
13.09.2025 - 19:37
“İmişli”dən ciddi səhv: 3 xala başa gələcək

Misli Premyer Liqasının IV turunda "İmişli" "Sumqayıt"ı məğlub edib - 1:0.

Apasport.az xəbər verir ki, buna baxmayaraq, komandanın aktivinə 3 xal yazılmayacaq.

Belə ki, Aran təmsilçisinə texniki məğlubiyyət veriləcək.

Buna səbəb "İmişli"nin 68-ci dəqiqədə Ezekiel Morqanın əvəzinə meydana buraxdığı İbrahim Əliyevin adının matçın iştirak ərizəsində yer almamasıdır.