İngilislər Caka ilə maraqlanır
16.07.2025 - 14:15

Almaniyanın "Bayer 04" klubunun yarımmüdafiəçisi Qranit Caka İngiltərə təmsilçisi "Sanderlend"lə danışıqlara başlayıb.
Apasport.az "Sky Sports"a istinadən xəbər verir ki, 32 yaşlı isveçrəli futbolçuya 3 illik müqavilə təklif olunub.
Onun müqaviləsinin müddətinin bitməsinə 3 il qalsa da, yayda komandanı tərk edə bilər. Onunla daha əvvəl "Milan" (İtaliya) və Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilmişdi.
0
0