İran millisinin üzvü “Karvan”da - RƏSMİ
10.08.2025 - 17:05
İran millisinin üzvü “Karvan”da - RƏSMİ

"Karvan" növbəti transferini həyata keçirib.

Apasport.az xəbər verir ki, Yevlax təmsilçisi iranlı mərkəz müdafiəçisi Səid İranxanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə bir illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu son olaraq ölkəsinin “Paykan” klubunda forma geyinib.

Qeyd edək ki, Səid karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərində forma geyinib.