İsgəndərlinin komandası Super Liqaya yüksələ bilmədi
24.05.2025 - 09:25
İsgəndərlinin komandası Super Liqaya yüksələ bilmədi

Türkiyədə Super Liqaya vəsiqə uğrunda yarımfinal mərhələsinin cavab oyunu keçirilib.

Apasport.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" "Bandırmaspor"la qarşılaşıb.

Həmyerlimizin komandası minimal hesabla məğlub olub – 0:1. İlk oyunda da uduzan (1:4) Bolu təmsilçisi mübarizəni dayandırıb.

İsgəndərli oyuna 72-ci dəqiqədə daxil olub.