Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, üzgüçülərdən Səid Həmidov, Yeqor Maynitskiy, Abdurrahman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatima Alkaramova, Süleyman İsmayılmzadə, Oqtay Hüseynov, Vlastilina Xasyauova, Mehri Əbdurəhmanlı, Anastasiya Boborıkina, qız və oğlandan ibarət qarışıq komanda bacarıqlarını göstərməyə çalışacaq.
Stolüstü tennis üzrə kişilərin fərdi yarışında Hilal Həsənovla Onur Quluzadə, qadınlarda isə Mərziyyə Nurmatova və Zemfira Mikayılova mübarizə aparacaq.
Ağırlıqqaldıran Rahilə Hüseynzadə (86 kq) final mərhələsində iştirak edəcək.
Eyni zamanda Azərbaycan muaytayçıları yarışda öz çıxışlarına start verəcəklər. Xəyal Əliyev (60-65 kq) və Səlahəddin Qocazadə (65-70 kq) qalib adı uğrunda yarışacaqlar.
Karateçilərdən isə Roman Heydərov, Turqut Həsənov və Fatimə Cəbrayılova öz bacarığını nümayiş etdirəcək.