İslandiyanın baş məşqçisi: "Azərbaycanla oyunda qələbə qazanmalıyıq"
04.09.2025 - 17:11
İslandiyanın baş məşqçisi: "Azərbaycanla oyunda qələbə qazanmalıyıq"

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz səfərdə İslandiya ilə qarşılaşacaq.

Apasport.az saytının Reykyavikə ezam olunan əməkdaşı xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb: 

“Bu oyunu ölüm-dirim məsələsi kimi görmürəm, amma böyük hədəflərimiz var. Azərbaycanla matçda mütləq qələbə qazanmalıyıq. Komandada hər kəs sakit və özünə inamlıdır. Məşqlər çox yaxşı keçdi, stadionun şəraiti də əladır. Düşünürəm ki, həyəcan normal səviyyədədir. Açığı, qarşıdakı oyun üçün yaxşı fikirlərim və inamım var”.

Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.