Azərbaycan Premyer Liqasının IV turunun “Şamaxı” – “İmişli” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilyanın mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis matçın hakimlərindən narazıdır:
– Çox mübarizəli oyun keçdi. “Şamaxı” aqressiv futbol oynayır. İlk hissədə yaxşı oyun göstərə bildik. Topu özümüzdə saxlamağı bacarırdıq. Rəqibin aqressiv oyununa qarşı oynaya bilirdik. İkinci hissədə rəqibin aqressivliyi artdı, daha yaxşı oynadılar. Topa nəzarət onlara keçmişdi. Onların standart vəziyyətlərdə yaxşı olduğunu bilirdik. Qolun təkrarına baxdıq, top Rossinin əlinə dəymişdi. Hakimlərlə bağlı narazılığımız var. Qoldan sonra irəli atıldıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Rəqibi qələbə münasibətilə təbrik edirəm.