Kadi Borges parataekvondoçuların məşqində iştirak edib
30.10.2025 - 14:17
Kadi Borges parataekvondoçuların məşqində iştirak edib

"Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borges parataekvondoçuların məşqində olub.

Apasport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidməti məlumat yayıb.

Futbolçu "Qarabağ"la yanaşı, özünün də pərəstişkarı olan gənc parataekvondoçu Amin Əliyevlə görüşüb. MPK-nın təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında baş tutan görüşdə Ağdam təmsilçisinin üzvü ona öz formasını hədiyyə edib.

Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılar üçün növbəti yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.