[b]Kapitan hamıdan öndə [/b]
14.07.2018 - 20:04
[b]Kapitan hamıdan öndə

[/b]

DÇ-2018-in 3-cü yer uğrunda matçının ən yaxşı futbolçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, FİFA Belçika və İngiltərə milliləri arasında oyunla bağlı seçimini edib.

 

Qurum 2:0 hesabı ilə qalib gələn belçikalıların kapitanı Eden Azarı fərqləndirib. Komandasının ikinci qolunu vuran hücumameylli yarımmüdafiəçi matçın ən yaxşısı seçilib.