"Karvan" futbolçusu ilə müqavilə yeniləyib
04.08.2025 - 17:04
"Karvan" futbolçusu ilə müqavilə yeniləyib

"Karvan" yarımmüdafiəçisi Rəhman Şabanov ilə müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Rəhman Şabanov ötən mövsüm "Karvan"ın heyətində 23 oyun keçirib, 14 məhsuldar ötürmə edib və 2 qol müəllifi olub.