Kəmalə Əsgərova 18 yaşadək oğlanlar arasında Avropa çempionatında iştirak edəcək
25.03.2026 - 16:25
Kəmalə Əsgərova 18 yaşadək oğlanlar arasında Avropa çempionatında iştirak edəcək

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Apasport.az xəbər verir ki, o, voleybol üzrə 18 yaşadək oğlanlar arasında keçirilən Avropa çempionatının oyunlarını idarə edəcək.

Təcrübəli hakim turnirin ikinci təsnifat mərhələsinin C qrupunun görüşlərində ədaləti qoruyacaq.

Qeyd edək ki, martın 26–dan 28-dək Serbiyada təşkil olunacaq yarışda ev sahibi ilə yanaşı, Avstriya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar.