“Kəpəz” braziliyalı futbolçu ilə yollarını ayırıb - RƏSMİ
10.11.2025 - 00:41
“Kəpəz” braziliyalı futbolçu ilə yollarını ayırıb - RƏSMİ

“Kəpəz” Vitor Feijao ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Vitor Feijao mövsümün əvvəlində “Kəpəz” cəlb olunub. O, Premyer Liqada 9 oyuna çıxıb və 1 qol vurub.