
Adil Şükürovla yollarını ayıran “Kəpəz” baş məşqçi postuna yeni namizədini müəyyənləşdirib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi bu vəzifəyə yenidən Azər Bağırovu gətirməyi planlaşdırır.
Premyer Liqa klubu hazırda 41 yaşlı mütəxəssislə danışıqlar aparır.
Azarkeşlərin də təkrar komandada görmək istədiyi məşqçi ilə razılıq əldə oluna bilər.
Məlumata görə, yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.
Xatırladaq ki, Azər Bağırov ötən mövsümü “Kəpəz”də başa vurmuşdu. Gəncə təmsilçisi onun rəhbərliyi altında sonuncu yerdən qurtularaq elitada qalmağı bacarmışdı.