“Kəpəz” gürcüstanlı futbolçu ilə yollarını ayırıb - RƏSMİ
27.10.2025 - 23:36
“Kəpəz” gürcüstanlı futbolçu ilə yollarını ayırıb - RƏSMİ

Daha əvvəl xəbər verdiyimiz kimi, "Kəpəz" daha bir legioneri ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, komanda Otar Aptsiauri ilə yollarını ayırıb.

Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı gürcüstanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Kəpəz" Otar Aptsiaurini bu yay heyətinə qatmışdı.