"Kəpəz" məğlub oldu - YENİLƏNİB
19.12.2025 - 15:54
"Kəpəz" məğlub oldu - YENİLƏNİB

Misli Premyer Liqasında 2025-ci ilin sonuncu - XVI turuna start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Kəpəz" Yevlax şəhər stadionunda "Turan Tovuz"la üz-üzə gəlib. Görüş saat 14:00-da start götürüb.

Qonaqlar 2:0 hesablı qələbəyə seviniblər. 

Misli Premyer Liqası

II dövrə, XVI tur

19 dekabr

14:00. “Kəpəz” – “Turan Tovuz” - 0:2 

Qollar: Alexandro Serrano, 6, Joarlem Santos, 47

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.

Yevlax şəhər stadionu