"Kəpəz" öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
27.10.2025 - 11:34
"Kəpəz" öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb

"Kəpəz" Azərbaycan çempionatlarında öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb.

Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə klubu Misli Premyer Liqasının IX turunda "İmişli"yə evdə 0:3 hesabı ilə uduzub.

Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi ilə uduzan 3-cü komandadır. Yalnız MOİK və "Sumqayıt" daha çox ağır məğlubiyyətə üzülüb.

Qeyd edək ki, "Kəpəz"in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də "Şəmkir"lə qarşılaşmaya təsadüf edib – 0:3.