"Kəpəz" "Porto"nun yetirməsini transfer edib
18.09.2024 - 16:14
"Kəpəz" heyətinə daha bir futbolçu qatıb.
Apasport.az xəbər verir ki, Dioqo Verdaska mövsümün sonuna kimi Gəncə təmsilçisinin şərəfini qoruyacaq. Portuqaliya oyunçu müdafiəçi mövqeyində çıxış edir.
27 yaşlı Verdaskanın son klubu İspaniyada Sequnda (LaLiga 2) təmsilçisi "Mirandes" olub. "Porto"nun yetirməsi olan Dioqo İspaniyada "Real Saraqosa"da, eləcə də "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk" (Polşa, Vrotslav) klublarında oynayıb.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
0
0