"Kəpəz"in futbolçusu mükafatlandırılıb
31.01.2026 - 14:47
"Kəpəz"in futbolçusu mükafatlandırılıb

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Şamaxı” ilə qarşılaşır.

Yevlax şəhər stadionunda keçirilən oyundan əvvəl PFL (Peşəkar Futbol Liqası) dekabrın ən yaxşı qolunu vuran oyunçunu mükafatlandırıb.

Apasport.az xəbər verir ki, ənənəvi mükafat “Kəpəz”in yaponiyalı yarımmüdafiəçisi Ryonosuke Ohoriyə təqdim olunub. O, buna Premyer Liqanın 13-cü turunda “Qəbələ”ni məğlub (1:0) etdikləri oyunda vurduğu qolla nail olub.

“Kəpəz” – “Şamaxı” matçı saat 14:30-da start götürüb.