
Misli Premyer Liqasının XXXIV turunun "Turan Tovuz" - "Neftçi" matçından (1:2) sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdiyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
"Neftçi" qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər".
- Bu mövsüm "Neftçi" məğlub edə bilmədiyiniz yeganə komanda oldu. Bu haqda nə deyə bilərsiniz?
- "Neftçi" seçilmiş futbolçulardan ibarət olan komandadır.
- 4-cü yeri itirmək təhlükəsini hiss etmirsiniz?
- Xeyr. Güman edirəm ki, itirməyəcəyik. Amma azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq.
- Hakim idarəçiliyi sizi qane etdi?
- Bu suala cavab verməyim. Artıq çox şeyi başa düşə bilmirəm.
- Bu heyət avrokuboklar üçün yetərlidir?
- Yox.
- Heyət nə qədər dəyişməlidir ki, avrokuboklar üçün yetərli olsun?
- Bu haqda mən nəsə deyə bilmərəm. Qərarı klubun prezidenti verir.