
"Vaxtı ilə Premyer Liqada oynamış klubları yenidən yüksək liqada görmək sevindirici haldır. Azərbaycanın “Karvan” kimi klublara ehtiyacı var".
Bu sözləri apasport.az saytına açıqlamasında Leandro Qomeş deyib.
Azərbaycan millisinin və "Karvan"ın sabiq hücumçusu Yevlax təmsilçisinin Premyer Liqaya vəsiqə qazanmasını şərh edib. O, buna sevindiyini dilə gətirib:
“Azərbaycan futbolunu zaman-zaman izləyirəm. Təbii ki, “Karvan”ın Premyer Liqaya vəsiqə qazandığını bilirdim. Həqiqətən də onların adına çox sevindim. Mən həmişə idmançıların uğurlu çıxış etmələri üçün yaxşı şəraitin mütləq olduğundan danışıram. “Karvan”dakı dövrümü indi də xatırlayıram. Klubun yaxşı şəraiti, stadionu və futbolçular üçün əlverişli yaşayış yeri var idi. Bunu bilirsiz nə üçün deyirəm? Çünki klub futbolçuların ideal formasını göstərməsi üçün ideal da şərait yaratmalıdır. “Karvan”ın Premyer Liqaya qayıdışında zəhməti keçən hər kəsi təbrik edirəm. Belə komandalar yüksək elitada çıxış etməlidirlər. Söhbət şəhərin ağırlığını daşıyan klublardan gedir. Bu, ölkədə futbolu daha da inkişaf etdirəcək. Orada azarkeşlər də sona qədər komandanı dəstəkləyirlər. Əminəm ki, “Karvan” Premyer Liqada uğurlu olacaq”.
Qeyd edək ki, "Karvan"la yanaşı "Qəbələ" və "İmişli" klubları da Premyer Liqaya vəsiqə qazanıblar.
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...
- “Qarabağ” “Araz Naxçıvan”ı darmadağın etdi – 12:0
- Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
- "Qarabağ" hər mövqeyə transfer edəcək" - Mövsümün sonunu gözləyirlər
- “Turan Tovuz” – “Neftçi” matçının hakimləri bəlli olub