Lukaku millinin heyətindən kənarlaşdırıldı
26.03.2026 - 15:50
Romelu Lukaku Belçika milli komandasının heyətindən kənarlaşdırılıb.
Apasport.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Futbolçu oyun formasını bərpa etmək üçün klubun Neapoldakı bazasında məşqlərini davam etdirəcək.
Hücumçu bu mövsüm "Napoli"nin heyətində 7 matçda meydana çıxıb və 1 qol vurub.
Qeyd edək ki, Belçika yığması iki yoldaşlıq oyunu keçirəcək. "Qırmızı şeytanlar" martın 28-də ABŞ, aprelin 1-də isə Meksika ilə qarşılaşacaq.
0
0