Rusiyada keçirilən DÇ-2018-dən ən çox qazanan klublar açıqlanıb. Apasport.az saytının məlumatına görə, rekord İngiltərənin “Mançester Siti” klubuna məxsusdu.
Futbolçularının mundialda çıxışı kluba 4,41 milyon avro gətirəcək. İspaniya “Real”ının qazancı 4,31 milyon avro təşkil edəcək. 3-cü sırada “Çelsi” qərarlaşıb – 3,96 milyon avro.
Ümumilikdə isə FİFA futbolçusu DÇ-də iştirak edən klublar arasında 180 milyon avroya yaxın məbləği bölüşdürüb. Oyunçunun mundialda keçirdiyi hər gün üçün klubu təxminən 7230 avro qazanır. Hesablama zamanı futbolçunun meydana çıxıb-çıxmaması nəzərə alınmır. Əgər oyunçu son iki ildə klubunu dəyişibsə, bu komandaların hamısına qazanc düşür.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək