[b]Mbappe dünya çempionatındakı bütün qazancından imtina etdi[/b]
16.07.2018 - 16:15
Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2018-ə görə alacağı mükafat məbləğini xeyriyyə fonduna bağışlayacaq. Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, 19 yaşlı futbolçu mundial ərzindəki bütün qazancını əlil uşaqlar üçün ödənişsiz idman tədrisi ilə məşğul olan təşkilata vermək qərarına gəlib.
Mbappe DÇ-2018-də keçirdiyi hər oyun üçün 20 min avro qazanıb. Üstəlik, o, mundialda vurduğu hər qola görə də bonus məbləğ əldə edib.
Qeyd edək ki, Kilian Mbappenin turnir ərzindəki təxmini qazancı 470 min avro təşkil edir.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0