
"Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak Apasport.az saytına müsahibə verib.
- "Qarabağ" "Benfika" ilə matçda sensasiyaya imza atdı. Onların 0:2-dən sonra 3:2 etməsini nə ilə əlaqələndirirsiz?
- Matçdan əvvəl isə 100 nəfərdən soruşsanız, böyük qismi "Benfika"nın qalib gələcəyini söyləyərdi. Amma futbolda bu cür söhbətlər o qədər də önəmli deyil. "Qarabağ" hətta böyük hesabla da qazana bilərdi. Böyük ehtimalla "Benfika"nın oyunçularında arxayınlaşma baş verdi. Hətta qollar buraxdıqdan sonra "necə oldu ki, belə qollar buraxdıq" kimi, bir-birilərinə baxırdılar. "Qarabağ" ciddi anlamda çox yaxşı futbol oynadı. 0:2-dən sonra bu səviyyədə olan turnirdə 3:2 etmək böyük işdir. Azərbaycan futbolu və klub üçün önəmli qələbədir. "Qarabağ" da ÇL-də qruplarda ilk qələbəsini qazandı. "Benfika" üçün gözlənilməz matç oldu.
- "Benfika" ilə görüşdə "Qarabağ"ın həlledici oyunçular kim oldu?
- Mənə görə matçın oyunçusu Kamilo Duran idi. Çox yaxşı oynadı. Bir qol vurdu, bir məhsuldar ötürmə etdi. Bu səviyyələrdə bir qol və bir assitlə oynamaq, çox önəmlidir. Rəqibiniz " Benfika"dır, həm müdafiədə, həm hücumda, həm də keçidlərdə çox təsiredici futbol oynayır. Onsuzda "Benfika"nı "Fənərbaxça" ilə matçlardan çox yaxşı tanıyırıq. Əslində, o matçlarda "Fənərbaxça" keçməli idi. Portuqaliyalılar əvvəlki gücündə olmasa da, heyəti ilə bu səviyyədə olan komandalardan biridir.
- "Qarabağ" forvard transferi etmədiyi üçün çox tənqidə məruz qaldı. Amma Kamilo Duran forvard kimi xeyir verə bildi...
3. Dünya futbolunda da hücumda dominant forvardı olan komanda sayı getdikcə azalır. Türkiyə millisi də 4-6-0 sxemi ilə oynayır. Daha çox 10 nömrə və cinah oyunçuları ilə hücumlar edirlər. "Qarabağ" da cinah futbolçusunu orada oynadaraq problemi aradan qaldırdı. Məncə, Duran yaxşı da oyun oynadı. Qarşıdakı vaxtlarda dominant hücumçuya ehtiyac olub-olmadığını oyunlarda görəcəyik. "Benfika" "Qarabağ"a qarşı meydanda heç bir rekasiya göstərə bilmədi. Belə olan halda, hücumçu ilə də oynasanız, hücumçusuz da oynasanız, oyunun gedişatında rəqibo fiziki təmasla oynamaması, futbolçularınızın da cəld olduğunu düşünsək, üstünlüyünüzdür.
- "Qarabağ"ın sonrakı matçlarda da qazanmağa davam edə biləcəyini düşünürsüz? Qarşıdakı görüş "Kopenhagen"ə qarşıdır...
- Futbolda hər görüşün öz xüsusiliyi və hekayəsi var. Bu səviyyə çox yüksəkdədir. Hər görüşün çətinliyi var. "Kopenhagen" bir oyunda 130-140 kilometr qaça bilən komandadır. Fiziki sarıdan yaxşı, sərt komandadır. "Qarabağ"ın da fiziki tərəfdən də əsl gücünü görməsi üçün önəmli görüşdür. "Benfika" qələbəsi ilə "Qarabağ" dünya futbolunda adından söz etdirmiş oldu.
- Türkiyədə "Qarabağ"ın "Benfika" üzərində qələbəsi çox müzakirə edildi. "Qarabağ"ın "Fənərbaxça"nın pley-off mərhələsində keçə bilmədiyi rəqibi udması rəğbətlə qarşılandı..
- "Qarabağ" Türkiyədə də izlənilən komandadır. Qurban Qurbanov komandaya gəldiyi ilk vaxtlarda onunla bərabər işləmişik. Daha öncə də, mənimlə Rasim Karanın çalışdığı komandadır. Bildiyimiz və Türkiyədə izlənilən klubdur. Klub keçmişdən bu günə qədər doğru işlər etdi. Daha yaxşı ola bilər, növbəti görüşlərdə necə olacağını görəcəyik. "Benfika"da da baş məşqçi dəyişikliyi olacaq. Matçdan sonra fanatların bunu tələb edəcəyi bəlli idi. "Qarabağ" Türkiyədə sevilən komandadır. Hamı onların uğuru ilə qürur duyur. Bundan sonrakı görüşlərdə də onlara uğurlar arzulayırıq.