Argentina millisinin heyətində 1978-ci ildə dünya çempionatının qalibi olan Mario Kempes maraqlı fikirləri ilə yadda qalıb. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, o, Lionel Messinin Dieqo Maradona ilə müqayisə olunmasının düzgü olmadığını deyib.
“Messinin Maradona ilə eyni səviyyədə olduğunu demək axmaqlıqdı. Leo güclüdü, ancaq heç vaxt dünya çempionu olmayıb. Mən 1978-ci ildə dünya çempionu olçuşam, Maradona isə 1986-cı ildə. Messi isə bunu bacarmayıb. Bütün bunlar həqiqətdi. Ümumiyyətlə isə müxtəlif dövrlərin futbolçularını müqayisə etmək mümkünsüzdü” – deyə, Kempes bildirib.
Kempes “Hazırkı Argentina millisi haqda nə düşünürsüz” sualını isə belə cavablandırıb:
“Onlar komanda deyillər. Bir tərəfdə “Messinin dostları” var, digər tərəfdə isə onunla partynor olmayanlar. Məsələn, biri mənə izah edə bilər ki, İkardi yığmaya niyə çağrılmır? Əgər doğrudan da səbəb onun Messi ilə yaxın olmamasıdısa, buna çox əsəbiləşərəm”.
Qeyd edək ki, Argentina yığmasının dünya çempionatında keçirdiyi iki matç sonunda aktivində 1 xalı var.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək