Millilərimiz İslamiadada mübarizəyə başlayırlar
                    
                    04.11.2025 - 09:58
                        
                    
                    Azərbaycan təmsilçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayırlar.
Apasport.az xəbər verir ki, qadınlardan ibarət voleybol yığması ilk görüşündə İran kollektivi ilə üz-üzə gələcək.
Oyun saat 14:00-da start götürəcək.
Futzal millisi A qrupunda Liviya ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də, bağlanış tədbiri isə 21-də baş tutacaq.
                                
                                0
                                
                                0