Millimiz AÇ-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB
18.11.2025 - 23:51
Millimiz AÇ-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb  - YENİLƏNİB

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, B qrupunda yer alan komanda səfərdə Cəbəllütariqlə üz-üzə gəlib.

Görüş "Europa Point Stadium"da, Bakı vaxtı ilə saat 22:00-da start götürüb. Matçın baş hakimi rumıniyalı Andrei Çivulete olub.

Oyun milli komandamızın minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçdakı yeganə qolu "Neftçi"nin futbolçusu Murad Məmmədov vurub.

Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliyaya qarşı keçirəcək.

Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv qrupda 2 xalla 5-ci pillədə qərarlaşıb. Portuqaliya (12 xal) birinci, Çexiya (9 xal) ikinci, Şotlandiya (7 xal) üçüncü, Bolqarıstan (7 xal) dördüncüdür. Xalı olmayan Cəbəllütariq sonuncu - altıncı pillədə qərarlaşıb.