Millimiz Belçikanı darmadağın etdi - 11:2
24.05.2025 - 20:33
Millimiz Belçikanı darmadağın etdi - 11:2

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ikinciyə oyununu keçirib.

Apasport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan komandamız Belçika yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2 qol vurub, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, komandamız ilk oyununda İngiltərə yığmasını 5:4 hesabı ilə məğlub etmişdi. Millimiz qrupdakı son matçını mayın 25-də Litvaya qarşı keçirəcək.