Millimiz FIFA reytinqində bir pillə irəliləyib
17.10.2025 - 16:59
FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Yığmamız hazırda 1142.25 xalla 123-cü pillədə qərarlaşıb. Komanda əvvəlki siyahıda 1148,09 xalla 124-cü yerdə idi.
Azərbaycan millisi oktyabr ayında iki oyun keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, reytinq cədvəlinə son Avropa çempionu İspaniya seçməsi (1880.76 xal) başçılıq edir.
- "Qarabağ"ın baş məşqçisi hakimi təhqir etdi - AFFA 4 oyunluq CƏZALANDIRDI
- Millimizdə baş məşqçi dəyişikliyi - RƏSMİ
- Eren Aydın: “Qarabağ", "Sabah" - KİM GƏLİRSƏ GƏLSİN
- AFFA-nın Kütləvi Futbol Departamentinin əməkdaşları UEFA seminarına qatılıb
- Finalın adı bəlli olur: "Qarabağ" "Sabah"a qarşı - YENİLƏNİR
0
0