Millimiz Litvaya böyük hesabla uduzdu
25.03.2026 - 21:55
Millimiz Litvaya böyük hesabla uduzdu

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verib.

Apasport.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirib.

Qarşılaşma Bakı vaxtı ilə sat 20:00-da Kaunasdakı "Raudondvario" stadionunda start götürüb. Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edib.

Ev sahibləri yığmamızı 4 cavabsız qolla darmadağın edib - 4:0.

Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.