Millimiz məğlub oldu
28.03.2026 - 19:39
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya məğlub olub.
Apasport.az xəbər verir ki, B Liqasının VI qrupunda yer alan U-19 rəqibinə 1:2 hesabı ilə uduzub.
Yığmamızın qolunu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub. Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda keçirilib.
Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub - 0:4.
0
0