Millimiz növbəti yoldaşlıq görüşünü keçirəcək
27.10.2025 - 09:56
Millimiz növbəti yoldaşlıq görüşünü keçirəcək

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstanla üz-üzə gələcək.

Qarşılaşma Çimkənd şəhər stadionunda, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Matçı Özbəkistandan olan Roziyabonu Yusupova idarə edəcək.

Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.