Millimiz Sloveniyaya uduzub
25.11.2025 - 17:29
Millimiz Sloveniyaya uduzub

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

"Kukus" stadionunda keçirilən görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 qrupda növbəti oyununu noyabrın 28-də Şimali Makedoniya yığmasına qarşı keçirəcək.