Millimiz Türkiyə yığması ilə bacarmadı
12.09.2024 - 16:22
Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
Apasport.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kocaeli şəhərindəki “Darıca” stadionunda baş tutan matç 0:0 hesablı bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da təşkil edilən ilk oyunda Türkiyə yığması 4:0 hesablı qələbə qazanıb.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
0
0