Millimizdən növbəti qələbə
27.10.2025 - 16:01
Bu gün Azərbaycanın qadınlardan ibarət futbol millisi Qazaxıstanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv yenidən ev sahibi komanda ilə qarşılaşıb.
Oyun Şımkentdə baş tutub. Millimiz rəqibinə 1:0 qalib gəlib. Yeganə qolu isə Nigar Mirzəliyeva vurub.
Bu komandalar arasında ilk oyun Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
- Gənclər Liqasında V turun oyunları keçirilib
- Sənan Abdullayev: "Bu bizim üçün də, qarşı tərəf üçün də önəmlidir"
- 14 il sonra ilk dəfə: Azərbaycan Kuboku üçün yeni sponsor
- Millimizin VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib
- Azərbaycan Kuboku: II təsnifat mərhələsinin təyinatları açıqlanıb
0
0