
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlum olub.
Apasport.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov saat 21:30-da media nümayəndələrinin qarşısına çıxacaq:
12 oktyabr
Ukrayna milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
- “Turan Tovuz” onu da komandada saxlayacaq - müqaviləsi uzadılacaq
- Yığmamız Çexiyaya böyük hesabla məğlub oldu
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- "Araz-Naxçıvan" I Liqa klubu ilə heç-heçə edib
- Azərbaycan Kuboku: "Göygöl" və "Xankəndi" növbəti mərhələdə - YENİLƏNİB