Yanvarın 18-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Apasport.az baş məşqçi Yevgeni Kukseviç hazırlıq prosesinə 4-ü qapıçı olmaqla ümumilikdə 19 futzalçı dəvət edib.
Milli toplanış zamanı yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək.
Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi "Araz-Naxçıvan"), Cavad Məmmədov ("Baku Fire"), Kamran Hacıyev ("Neftçi" İK)
Oyunçular: Ədalət Ələkbərov, Nurlan Məmmədov, Qüdrət Qasımzadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Eldar Zeynalov, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Oktay Rüstəmli, Tofiq Mikayılov, Murad Quluzadə (hamısı "Baku Fire"), Emil Həsənzadə, Fərid Atakişiyev, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı "Neftçi" İK)