17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, “Neftçi”nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə keçiriləcək oyunöncəsi məşqdə zədələndiyi üçün U-17-nin heyətindən çıxarılıb.
Onun əvəzinə “Marcet”in (İspaniya) üzvü Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.
Qeyd edək ki, U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
- "Sabah"dan cavab: Bu penaltidirsə, bunlar nədir? - VİDEO
- "Qarabağ"a siqnal, futbolumuza qazanc: "Sabah" yeni nəfəs gətirdi
- Dambrauskas təəccüblənib: "Başqa ölkədə hakimlərdən bu qədər danışmırlar"
- "Qarabağ" ulduz futbolçusu ilə vidalaşır? - Qurbanov özü açıqladı
- Qurban Qurbanov hakimlər haqda: "Sanki başlarını itiriblər"