Millimizin ilkin heyəti müəyyənləşib
24.05.2025 - 19:26
Millimizin ilkin heyəti müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.

Apasport.az xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib. “Sabah”ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.

Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

U-21-ə dəvət olunan futbolçularla tanış ola bilərsiniz:

 

 ADI / SOYADI

KLUBU

1

Rəvan Mirzəmmədov

Sabah

2

Xəyal Fərzullayev

Sumqayıt

3

Həbib Hüşənov

Qəbələ

4

Səlim Həşimov

Zirə

5

Elgün Dünyamalıyev

Sabah

6

Raul Məmmədov

Mingəçevir

7

Nadir Orucov

Sumqayıt

8

Amin Rzayev

Qarabağ

9

İbrahim Ramazanov

Qəbələ

10

Ayxan Süleymanlı

Sumqayıt

11

Emin Rüstəmov

Səbail

12

Sənan Muradlı

Sumqayıt

13

Nuğay Rəşidov

Qəbələ

14

Rüfət Abbasov

Şamaxı

15

Hikmət Cəbrayılzadə

Qarabağ

16

İbrahim Hacı

Qarabağ

17

Dinamin Bağırov

Turan Tovuz

18

Elcan Əbilov

Neftçi

19

Şahin İbrahimov

Sabah

20

Murad Məmmədov

Neftçi

21

Nihad Əhmədzadə

Sumqayıt

22

Həsən Nəzərli

Ankaragücü (Türkiyə)

23

Edqar Adilxanov

Şamaxı

24

Emil Süleymanov

Qəbələ

25

Oruc Məmmədov

Səbail

26

Elcat Məmmədov

Baltika (Rusiya)

27

Sadiq Baqiyev

SKA Xabarovsk (Rusiya)

28

Sadiq Şəfiyev

Kəpəz

29

Nihat Mehrəliyev

Qarabağ

30

Ağadadaş Salyanski

Neftçi