Millimizin qolkiperi zədələndi
16.11.2025 - 22:13
Millimizin qolkiperi zədələndi

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.

Apasport.az xəbər verir ki, qolkiper DÇ-2026-nın seçmə mərhələsində Fransa millisinə qarşı keçirilən oyunda zədə səbəbindən meydanı tərk edib.

Onu qapıda Aydın Bayramov əvəzləyib.

Qeyd edək ki, Azərbaycan yığması hazırda Fransa komandası qarşısında 1:3 hesabı ilə geridədir.