Millimizin Ukrayna ilə oyunöncəsi açıq məşqi - FOTO
08.09.2025 - 11:46
Millimizin Ukrayna ilə oyunöncəsi açıq məşqi - FOTO

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə sabahkı oyun ərəfəsində “Liv Bona Dea Arena”da son məşqinə çıxıb.

Apasport.az xəbər verir ki, saat 10:30-da başlayan məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Qeyd edək ki, Azərbaycan - Ukrayna matçı sentyabrın 9-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək.