Millimizin üzvü oynadı, komandası məğlub oldu
20.05.2025 - 00:29
Türkiyə Süper Liqasına vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin yarımfinalında ilk oyun baş tutub.
Apasport.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” öz meydanında “Bandırmaspor”u qəbul edib.
Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Vüsal İsgəndərli oyuna 71-ci dəqiqədə – hesab 1:3 olarkən daxil olub.
Qeyd edək ki, cavab qarşılaşması mayın 23-də, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.
- Rəhim Həsənovdan etiraf: ELÇİN MƏSİYEV YANLIŞ QƏRAR VERİB - VİDEO
- “Mingəçevir” oyuna çıxmaqdan imtina etdi - EKSKLÜZİV
- “Şirvan” və “Qaradağ Lökbatan”dan qələbə
- Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün "transfer pəncərələri"nin tarixləri bəlli olub
- Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
0
0