Millimizin üzvü “Sumqayıt”da - RƏSMİ
15.01.2026 - 20:42
Millimizin üzvü “Sumqayıt”da - RƏSMİ

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Azərbaycan millisinin və Ukraynanın “Polessye” klubunun futbolçusu Emil Mustafayevlə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu mövsümün sonunadək “Sumqayıt”ın formasını geyinəcək.

Qeyd edək ki, Mustafayev bu mövsüm Ukrayna təmsilçisi ilə heç bir rəsmi oyunda iştirak etməyib.