“Mingəçevir”də iki ayrılıq
03.07.2025 - 19:56
“Mingəçevir”də iki ayrılıq

Azərbaycan 1-ci Liqasının təmsilçisi “Mingəçevir”də iki ayrılıq baş tutub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbaut xidməti məlumat yayıb.

Bölgə təmsilçisi futbolçuları Hüseyn Əliyev və Aqil Nəsibovla yollarını ayırıb. Klub hər iki oyunçu ilə başa çatan müqaviləni yeniləməyib.

“Mingəçevir” Əliyev və Nəsibova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.