Minifutbol turniri: “APA” və “Baku TV” qələbə qazanıb - FOTO
05.10.2025 - 10:28
Minifutbol turniri: “APA” və “Baku TV” qələbə qazanıb - FOTO

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirində növbəti oyunlar keçirilib. 

Apasport.az xəbər verir ki, ötən gün saat 22:00-da A qrupu üzrə APA və “Baku WS" görüşüb. Matç 6:2 hesabı ilə “APA”nın xeyrinə tamamlanıb.

Bakı Tennis Akademiyası

A qrupu
22:00 “APA” – “Baku WS” – 6:2

Qollar: Ulucay Məmmədov 3, Əlirza Əlirzalı, Rasim Sultanzadə, Əmir Quluzadə.

Şahin Həbibov 2.

Günün 2-ci qarşılaşması saat 23:00-da B qrupu üzrə keçirilib. “Baku TV” ilə “AZƏRTAC” üz-üzə gəlib. Bu oyun televiziya təmsilçilərinin qələbəsi ilə bitib – 2:1

B qrupu

23:00 “Baku TV” – “AZƏRTAC” – 2:1

Qollar: Nurani İsgəndərov, Seymur Əliyev,

İlkin Cavanşirov

Saat 22:00-da və 23:00-da başlayan oyunları AFFA-nın hakimləri Mahir Məmmədov və Elgün Hüseynov idarə ediblər.

Bu nəticə ilə A qrupunda “Baku WS”, B qrupunda “AZƏRTAC”  turnirlə vidalaşmalı olublar.