[b]Mundialdan mundialadək [/b]
14.07.2018 - 21:26
[b]Mundialdan mundialadək

[/b]

İngiltərə millisi DÇ-2018-i ardıcıl iki məğlubiyyətlə başa vurub. Apasport.az saytının məlumatına görə, yarımfinalda Xorvatiyaya 1:2 hesabı ilə uduzan futbolun yaradıcıları bürünc medal uğrunda qarşılaşmada Belçikadan 2 cavabsız qol buraxıb.

 

Bu, britaniyalıların son 4 ildə ən uğursuz seriyasıdı. İngiltərə millisinin ardıcıl 2 məğlubiyyət alması sonuncu dəfə 2014-cü ildə qeydə alınıb.

 

Maraqlıdı ki, ingilislər onda da DÇ-də üzülmüşdü. Braziliyadakı mundialda britaniyalılar Uruqvay və İtaliya ilə görüşlərdə ardıcıl uduzmuşdu.