Muslera Uruqvay millisində
24.03.2026 - 16:57
Muslera Uruqvay millisində

Fernando Muslera yenidən Uruqvay millisinə dəvət alıb.

Apasport.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyası məlumat yayıb.

O, Argentinanın "Estudiantes" klubunda çıxış edir. Qolkiper iki il öncə milli karyerasını başa vursa da, yenidən ölkəsinin komandasında çıxış etməyə qərar verib.

Qeyd edək ki, 2009-cu ildə millidə debüt edən Muslera komandada 133 matça çıxıb.