Nazir müavini: Azərbaycanı tanıtmaq baxımından MDB Oyunları yaxşı ideyadır
01.10.2025 - 11:18
Nazir müavini: Azərbaycanı tanıtmaq baxımından MDB Oyunları yaxşı ideyadır

İki il əvvəl Belarus II MDB Oyunlarını keçirib. II MDB Oyunları Belarusun 11 şəhərində keçirilib.

Apasport.az xəbər verir ki, bunu APA-nın yerli bürosuna Belarusun idman nazirinin müavini Aleksandr Baraula bildirib.

O deyib ki, Azərbaycanı, onun möhtəşəm təbiətini tanıtmaq baxımından MDB Oyunları yaxşı ideyadır.

Nazir müavininin sözlərinə görə, Belarus idmançılarına Azərbaycanda böyük diqqət ayrılıb.

Aleksandr Baraula təşkilatçılığın, infrastrukturun, idman obyektlərinin yüksək səviyyədə olduğunu qeyd edib.

O, Belarus idmançılarının yüksək nəticələr qazanmaq üçün Azərbaycana gəldiyini də vurğulayıb.