"Neftçi" komandasının 33 mövsümdən sonra seriyası qırılıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" tarixində ilk dəfə Azərbaycan Kubokunun 1/4 final mərhələsində iştirak etməyəcək.
1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən paytaxt təmsilçisinin əbədi seriyası sona çatıb.
Bu, cari mövsümün 1/8 final mərhələsində baş verib. Bakı klubu "Zirə" ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək "Neftçi" kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.
Qeyd edək ki, "səkkizlik"də iştirak sayında 2-ci olan "Qarabağ" 26, 3-cü olan "Şamaxı" 19 dəfə bu mərhələdə iştirak edib.
- Vernidubdan iddialı açıqlama – "Həm liqada, həm avrokubokda..."
- Emin Mahmudovdan mesaj – "Dinamo"nu keçib yolumuza davam etməliyik
- "Qəbələ"dən nigeriyalı transfer – Meşakla müqavilə imzalandı
- "Karvan-Yevlax"dan transfer – Təcrübəli qapıçı ilə 1 illik müqavilə
- “Turan Tovuz”dan yeni transfer: Fransız futbolçuyla 2 illik müqavilə